Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Consonun yerini Rişi Sunak tutacaq?

Consonun yerini Rişi Sunak tutacaq?

Tarix: 8 Iyul 2022 19:54

Britaniyanın sabiq maliyyə naziri Rişi Sunak Mühafizəkarlar Partiyasının lideri postuna seçilmək üçün namizədliyini irəli sürdüyünü açıqlayıb.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Rişi Sunak "Twitter" hesabında bildirib.

"Mən Mühafizəkarlar Partiyasının növbəti lideri və sizin Baş nazir olmağa hazıram. Gəlin etimadı bərpa edək, iqtisadiyyatı bərpa edək və ölkəni birləşdirək", o bildirib.

Xatırladaq ki, Rişi Sunak Boris Conson kabinetindən ilk istefa verən nazirlərdən biridir. O, istefası ilə bağlı açıqlamasında bildirmişdi ki, ictimaiyyət haqlı olaraq hökumətin düzgün, səriştəli və ciddi şəkildə idarə olunmasını gözləyir: "Mən başa düşürəm ki, bu, mənim son nazir vəzifəm ola bilər, amma inanıram ki, bu standartlar uğrunda mübarizə aparmağa dəyər və buna görə də istefa verirəm".


Etiketlər:  Consonun yerini Rişi Sunak tutacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ