Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bu ölkə Ukraynaya 39 zirehli maşın verəcək

Bu ölkə Ukraynaya 39 zirehli maşın verəcək

Tarix: 8 Iyul 2022 22:22

Kanada Ukraynaya "General Dynamics" şirkətinin istehsal etdiyi 39 müasir zirehli maşın verəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Kanadanın müdafiə naziri Anita Anand açıqlama verib.

Onun sözlərinə görə, Kanada Rusiya-Ukrayna müharibəsində Ukraynanaya dəstək olmaq üçün 39 zirehli maşın göndərəcək.

Dünyanın ən böyük hərbi və aerokosmik texnika istehsalçılarından biri olan "General Dynamics" şirkəti təcili yardım, xilasedici və ya hərbi personalın daşınması üçün maşınlar istehsal edir.

Müdafiə nazirinin sözlərinə görə, Ukraynaya göndəriləcək 360 maşın 2019-cu ildə Kanada ilə "General Dynamics Land Systems" tərəfindən imzalanan milyardlıq müqavilə əsasında baş tutacaq.

"Bu 39 avtomobil bu yay göndəriləcək, qalan 360 avtomobil isə yaxın bir neçə ay ərzində təhvil veriləcək", - deyə Anand bildirib.

Milli.Az


Etiketlər:  Bu ölkə Ukraynaya 39 zirehli maşın verəcək


RƏYLƏR