Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Şəbnəmin də çörəyi bundan çıxır"

Tarix: 10 Iyul 2022 04:35

"Şəbnəm üçün bu cür musiqilər xoşdur. Heç vaxt demərəm ki, belə oxuyur. Bir-iki mahnısı var xoşuma gəlib. Şəbnəmim yaxşı səsi var. Gözəl muğam oxuya bilər. İfaçılığına nəsə demirəm, özü də bunu istəyir bunu oxuyur. Xoşuma gələ də, gəlməyə də bilər. Bu janrla kifayətlənib. Mənfi nəsə deyə bilmərəm".

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova "Şourum" proqramında deyib. Müğənni sənətçi Şəbnəm Tovuzlunun mahnıları haqda sualı cavablandırıb. O bildirib ki, Şəbnəmin repertuarını dəyişdirmək istəyir:

"Söhbət oxuduğu janrdan getmir, oxumağı xoşuma gəlir. Şəbnəmdə çoxlarına qıcıq veren onun repertuarıdır. Onu qınaq edənlərin oxumaqdan başqa hər şeyi var. Gündəmdə olmaq o demək deyil, siz gözəl oxuyursunuz. Şəbnəmin çörəyi bu cür oxumaqdan çıxır. Məclisdə o ritmli mahnılar oxuyurlar. Onun oxuya bildiyini sübut edəcəm. Şəbnəm Tovuzluya elə bir repertuar seçib oxudacam ki... Ona bayağı ifaçı deyənlər görüm nə deyəcəklər".

Milli.Az


Etiketlər:  Şəbnəmin çörəyi bundan çıxır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ