Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı-Moskva reysi ilə uçan təyyarə hava limanına geri qayıdıb

Bakı-Moskva reysi ilə uçan təyyarə hava limanına geri qayıdıb

Tarix: 10 Iyul 2022 09:54

"Azərbaycan Hava Yolları" aviaşirkətinin J2 807 nömrəli Bakı-Moskva (Vnukovo aeroportu) reysini yerinə yetirən "Airbus A340" hava gəmisinin kapitanı texniki səbəblərdən uçuş hava limanına qayıtmaq qərarına gəlib.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Sonxeber.net-a verilən məlumata görə, "Airbus A340" təyyarəsi saat 09:11-də Heydər Əliyev Beynəlxalq Aeroportuna uğurla eniş edib.

Gecikmiş Bakı-Moskva və Moskva-Bakı reyslərinin sərnişinləri texniki problemlər aradan qaldırılana qədər hoteldə yerləşdiriləcək və lazımi əşyalarla təmin olunacaqlar.


Etiketlər:  Bakı Moskva reysi ilə uçan təyyarə hava limanına geri qayıdıb


RƏYLƏR