Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Sentyabr 2019 10:20
Azərbaycan Premyer Liqasının V turunun"Sumqayıt" - "Sabah" matçının (1:0) sonlarında "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasovla qonaqların yarımmüdafiəçisi Rəşad Eyubov arasında gərgin anlar yaşanıb.
Qol.az xəbər verir ki, oyunun sonlarında top meydanı tərk edərkən Ayxan Abbasova tərəf gedib. Rəşad Eyubov topu ondan tez götürüb oyuna daxil etmək istəyərkən mübahisə yaşanıb.
Bu zaman Ayxan Abbasov hisslərinə hakim olmağı bacarıb və meydana daxil olub Rəşadla qucaqlaşıb. O, bu addımı ilə vəziyyətin gərginləşməsinə imkan verməyib.