Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyə ordusu öz istehsalı olan raketlər ilə təchiz ediləcək

Türkiyə ordusu öz istehsalı olan raketlər ilə təchiz ediləcək

Tarix: 10 Iyul 2022 22:40

Türkiyə istehsalı olan "hava-hava" tipli raketlər 2022-ci ilin sonuna kimi bu ölkənin ordusuna veriləcək.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Sənayesi İdarəsinin başçısı İsmayıl Dəmir "Twitter"də bildirib.

Onun sözlərinə görə, Gökdoğan raketi Türkiyədə uğurla sınaqdan keçirilib.

"GÖKTUĞ layihəmiz çərçivəsində milli hava-hava raketlərimizdən biri olan Gökdoğan raketi uğurla sınaqdan keçdi", - deyə paylaşımda qeyd edilib.

Milli.Az


Etiketlər:  Türkiyə ordusu öz istehsalı olan raketlər ilə təchiz ediləcək


RƏYLƏR