Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

And dağlarında yüzlərlə insan “qar tələsi”nə düşüb

And dağlarında yüzlərlə insan “qar tələsi”nə düşüb

Tarix: 11 Iyul 2022 15:22

And dağlarında Argentina ilə Çilini bir-birinə bağlayan dağ yolunda yüzlərlə yük maşını və minik avtomobili yolda "qar tələsi"nə düşüb.

Sonxeber.net "Report"a istinadən xəbər verir ki, buna qar fırtınası səbəb olub.

Argentina tərəfdən 500-ə yaxın insan təxliyə edilib.

Sərhəd keçidi əlverişsiz hava şəraiti ilə bağlı iyulun 9-dan bağlanıb, lakin Argentina tərəfdə 2 yük maşınının toqquşması əks istiqamətdə hərəkəti mümkünsüz edib. Qəza törədən avtomobilləri yalnız bazar günü yoldan çıxarmaq mümkün olub və insanları təxliyə ediblər.

Çili tərəfdən də yüzlərlə avtomobil yolda qalıb. Artıq 300-ə yaxın insan "Los Libertadores" kompleksindəki sığınacağa aparılıb. Onlar isti yerlə və qida ilə təmin ediliblər.

Proqnoza görə, qar fırtınası azı iyulun 11-i axşam saatlarına qədər davam edəcək.


Etiketlər:  dağlarında yüzlərlə insan tələsinə düşüb


RƏYLƏR