Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyul 2022 16:46
Adamyeyənlikdə ittiham olunan amerikalı aktyor Armi Hammer Kayman adalarında satıcı kimi işə düzəlib.
Sonxeber.net-ın Lent.az-a istinadla xəbərinə görə, qeyd olunur ki, aktyor ofisdə masa arxasında əyləşərək ərlə arvada Kayman adalarında mülk sahibi olmağın faydalarından danışıb. Eyni zamanda, Hammer potensial alıcılar üçün dəbdəbəli əmlakın dəyərinin hesablanmasını həyata keçirib.
Əvvəllər aktyorun oteldə konsyerj kimi işləməyə başladığı barədə ilkin məlumat yayılıb. Söz-söhbətlər Hammerin işçi kimi göstərildiyi otel vərəqəsindən qaynaqlanırdı.
"Mən sizin şəxsi konsyerjinizəm və tətilinizdən ən yaxşı şəkildə yararlanmağınıza kömək etmək üçün buradayam", - elanda deyilir. Daha sonra Variety jurnalistləri onun vəkili ilə əlaqə saxlayaraq məlumatı təkzib ediblər. O, vərəqin saxta olduğunu bildirib.
Xatırladaq ki, ötən ilin yanvarında Harmi Hammerin keçmiş sevgilisi Kortni Vusekoviç mediaya onu manqalda bişirmək və yemək istədiyini etiraf etdiyini demişdi. "New York Post" qəzetinə verdiyi müsahibədə o, Hammerlə olan romantikasını "Quzuların səssizliyi" filmindəki adamyeyən manyak Hannibal Lekterlə münasibətdə olmaq ilə müqayisə edib.