Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Komfort"da faciə: bir nəfər qətlə yetirilib, 2 nəfər bıçaqlanıb - YENİLƏNİB - FOTO

Tarix: 12 Iyul 2022 08:02

Tovuzda 1 nəfərin ölümü, 2 nəfərin bıçaqlanması ilə bağlı cinayət işi açılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımov bildirib.

01.38

Tovuzda kütləvi dava zamanı baş verən qətlin bəzi təfərruatları məlum olub.

Kənan adlı şəxsin 1987-ci il təvəllüdlü Tağıyev Anar Mammed oğlu və 1983-cü il təvəllüdlü Əhmədov Vüsal Xəqani oğlu ilə mübahisəsi düşüb.

Mübahisəyə 35 yaşlı Vəliyev Nizami də qarışıb. İlkin məlumata görə N.Vəliyev digər şəxslərə nalaiq sözlər deyib. Bundan sonra tərəflər arasında yenidən dava düşüb. Bu zaman Anar Tağıyev Nizami Vəliyevə 8 bıçaq zərbəsi vurub. Sonuncu hadisə yerində dünyasını dəyişib. Hadisə zamanı Əhmədov Vüsal və Tağıyev Anar da bıçaq xəsarətləri alıb.

Hazırda Vüsal və Anar polis nəzarətindədir.

00.12

Tovuzda kütləvi dava zamanı bir nəfər qətlə yetirilib, 2 nəfər bıçaqlanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndindəki çay evində qeydə alınıb. Dava zamanı 1987-ci il təvəllüdlü Vəliyev Nizami Əli oğlu bıçaqlanaraq qətlə yetirilib. 1987-ci il təvəllüdlü Tağıyev Anar Məmməd oğlu və 1983-cü il təvəllüdlü Əhmədov Vüsal Xəqani oğlu isə bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Hadisənin baş vermə səbəbləri araşdırılır.

Milli.Az


Etiketlər:  Komfortda faciə bir nəfər qətlə yetirilib 2 nəfər bıçaqlanıb YENİLƏNİB FOTO


RƏYLƏR