Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Özümü əla formada hiss edirəm” – Balotelli

“Özümü əla formada hiss edirəm” – Balotelli

Tarix: 22 Sentyabr 2019 14:48

“Breşiya”nın hücumçusu Mario Balotelli bildirib ki, hazırda özünü əla formada hiss edir və yenidən İtaliya millisində oynamaq istəyir.

Qol.az-ın xarici KİV-lərə istinadla yazdığına görə, o deyib ki, axır 6 aydakı məşqi son 10 ildəki hazırlığından daha güclü olub: “Mən hələ oyunlara tam köklənməmişəm. İki yoxlama oyununda iştirak etmişəm. Amma əla formadayam. Son dəfə mənim belə çəkim “Mançester Siti”də oynayanda olmuşdu”.

29 yaşlı hücumçu bildirib ki, onun məqsədi milliyə dəvət alıb “Avro-2020”də iştirak etməkdir.

 


Etiketlər:  Özümü əla formada hiss edirəm Balotelli


RƏYLƏR

ƏN ÇOX OXUNAN XƏBƏRLƏR




Populyar Xəbərlər

XƏBƏR LENTİ