Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya komandası 3 halqa və 2 cüt gürz ilə qrup hərəkətlərində Dünya Çempionatının qızıl medalını qazanıb

Rusiya komandası 3 halqa və 2 cüt gürz ilə qrup hərəkətlərində Dünya Çempionatının qızıl medalını qazanıb

Tarix: 22 Sentyabr 2019 16:30

Bakı. Cani Babayeva - Trend:

Rusiya komandası 3 halqa və 2 cüt gürz ilə qrup hərəkətlərində 29.450 xalla bədii gimnastika üzrə 37-ci Dünya Çempionatının qızıl medalını qazanıb.

Trend-in məlumatına görə, gümüş medalı 29.400 xalla Yaponiya komandası, bürünc medalı isə 29.200 xalla İtaliya komandası qazanıblar.

Azərbaycan komandası 26.450 xalla 7-ci yerdə qərarlaşıb. Azərbaycan komandasında Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Daria Sorokina yer alırlar.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən dünya çempionatı sentyabrın 16-da başlayıb və sentyabrın 22-dək davam edəcək. 61 ölkədən 300-dən artıq gimnast, çempionatda 9 dəst medal uğrunda mübarizə aparacaq.

Bakıda keçirilən möhtəşəm dünya çempionatının şüarı: "Nağıllar həyatda gerçəkləşəcək"dir ("Fairy Tales will come to life").

Trend oxuculara bədii gimnastika üzrə 37-ci Dünya Çempionatının sonuncu günündən ən maraqlı anları təqdim edir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Rusiya komandası halqa cüt gürz ilə qrup hərəkətlərində Dünya Çempionatının qızıl medalını qazanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ