Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağrıyan nahiyəyə və şişlərin üzərinə isti qoymaq olmaz - Xəbərdarlıq

Ağrıyan nahiyəyə və şişlərin üzərinə isti qoymaq olmaz - Xəbərdarlıq

Tarix: 12 Iyul 2022 22:03

İnsanlar bəzən ağrıyan nayihəyə isidici kompress, isti daş qoyur, isti suda vanna qəbul edir, müxtəlif qızdırıcı mazlar çəkirlər.

Sonxeber.net bakupost-a istinadən xəbər verir ki, həkim nevroloq Dmitriy Şubin və aparıcı həkim Yelena Malışeva xəstələri bu prosedurlardan çəkindirib.

"Xüsusən qadınlar yumurtalıq ağrılarında qarına isti qoyur. İstənilən orqanda bəd və ya xoş xassəli şişlər, kistlər ola bilər.

Ağrı bu səbəbdən yaranır. Həkimə getməkdənsə, həmin nahiyəyə isti qrelka, isti su, daş, maz qoymaq şişləri daha da aktivləşdirib, böyüdə bilər.
Spazmı, ağrını isti etməklə yumşaltmaq iltihabi prosesdə, irində, kistdə və şişlərdə qəti əks göstərişdir.

Qaraciyər, böyrək, belə, uşaqlıq və yumurtalıq üzərinə diaqnozdan xəbəriniz olmadan qaynar "qrelka" qoymayın.

İsti təsir həmin hissədə qan axınını artırır, bu da şişi əksinə qidalandırıb sürətlə böyüdür. Şiş böyüyür, aktiv metastaz verir".

Əgər mütəmadi səbəbi bilinməyən ağrı, bədənin tez-tez qızdırması, daimi yorğunluq, çəkinin itməsi, gecə tərləmələri onkologiyadan xəbər verə bilər.

Xüsusən 45-50 yaşdan sonra istənilən kiçik siqnalda həkimə getmək mütləqdir.


Etiketlər:  Ağrıyan nahiyəyə şişlərin üzərinə isti qoymaq olmaz Xəbərdarlıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ