Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyul 2022 22:42
Birləşmiş Ştatlar Ukraynaya 1,7 milyard dollar məbləğində qrant yardımı ayırıb.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal tviter səhifəsində məlumat verib.
D. Şmiqal bildirib ki, bu ABŞ-ın son iki həftədə ayırdığı ikinci qrantdır, yardımın məbləği 3 milyard dollar həddinə çatıb:
"Ukrayna büdcəsinə Dünya Bankının Etimad Fondu və ABŞ Beynəlxalq İnkişaf Agentliyindən 1,7 milyard dollar qrant yardımı daxil olub. Bu, ABŞ-ın son iki həftədə ikinci qrantıdır, qrantın ümumi məbləği 3 milyard dollar təşkil edib".