Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bayram günlərində 5-i azyaşlı olmaqla 40 nəfər xilas edilib - VİDEO

Bayram günlərində 5-i azyaşlı olmaqla 40 nəfər xilas edilib - VİDEO

Tarix: 13 Iyul 2022 11:24

Fövqəladə Hallar Nazirliyi (FHN) vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ aradan qaldırılması işinin təşkili məqsədilə Qurban bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışıb.

FHN-dən Milli.Az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən bayramla əlaqədar qeyri-iş günləri ərzində ümumilikdə 405 yanğına çıxış, 34 köməksiz vəziyyətdə qalma və 1 intihara cəhd faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən bayram günləri ərzində 5-i azyaşlı olmaqla 40 nəfər, o cümlədən çimərkən batma təhlükəsi ilə üzləşən 10 nəfər və intihara cəhd edən 1 nəfər xilas edilib. Yanğınlar zamanı 1 nəfər xəsarət alıb, 1 nəfər tüstüdən zəhərlənib. Həmçinin, bağlı qapı arxasında aşkar olunan 2 nəfərin və suda batan 5 nəfərin meyitləri çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Milli.Az


Etiketlər:  Bayram günlərində 5 i azyaşlı olmaqla 40 nəfər xilas edilib VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ