Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Iyul 2022 15:16
Latviya Baş naziri Arturs Krişyanis Karinş COVID-19-a yoluxub.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Baş nazir "Twitter"də bildirib.
"COVID-19 testinin nəticəsi müsbət oldu. Özümü yaxşı hiss edirəm, amma həkim məsləhətinə əməl edərək bu həftə distant işləməyə davam edəcəyəm. Sizi özünüzü və həmvətənlərinizi COVID-19-a yoluxmaqdan qorumaq üçün diqqətli olmağa və epidemioloji təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırıram", - Baş nazir Karinş qeyd edib.