Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məcburi hicaba etiraz edən güneyli fəal həbs olundu

Məcburi hicaba etiraz edən güneyli fəal həbs olundu

Tarix: 14 Iyul 2022 13:02

Güney Azərbaycanın Qəzvin şəhərindən olan ictimai fəal Suru Babayi Çəgini ötən axşam İranın əmniyət gücləri tərəfindən tutularaq naməlum yerə aparılıb.

Sonxeber.net xəbər verir ki, yaxınlarının bildirdiyinə görə, 2 qadın və 6 kişidən ibarət ETTELAAT-çılar Suru Babayinin qardaşının evinə hücum çəkərək xanım fəalı həbs ediblər. Onlar evdə qanunsuz axtarış apararaq fəalın və onun övladlarının mobil telefonlarını, kompüterlərini müsadirə ediblər.

Xanım Babayinin həbsinin səbəbi onun "məcburi hicaba yox" kampaniyasına qoşulması və əri Məhəmmədrza Muradbehruzi ilə birlikdə sosial şəbəkələrdə video paylaşması olub.

Qəzvinli fəal paylaşdığı videoda yaylığını başından çıxararaq "məcburi hicab istəmirik" məzmunlu çıxış edib.

Xatırladaq ki, Suru Babayi Çəgini və onun həyat yoldaşı daha öncə də dinc mədəni və ictimai fəaliyyətlərinə görə dəfələrlə basqılara məruz qalıb.


Etiketlər:  Məcburi hicaba etiraz edən güneyli fəal həbs olundu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ