Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyul 2022 16:00
"Yer kürəsində insan çoxdur, resurs az... Nağıl deyil! İllərdir bunu bizim beynimizə yeridirlər kitablarda, filmlərdə, siyasətçilərin çıxışlarında və sair. Ümumiyyətlə, süni intellekt nə vaxtsa, insanlığa qalib gələcək (gec olmayacaq o da)".
Sonxeber.net olay-a istinadən yazır ki, bu sözləri sosial media hesabında yazıb. O, hazırda dünyadakı böhran, insanların vəziyyəti barədə fikirlərini dilə gətirib:
"Su və ərzaq qıtlığı gözlənilir. Zatən, su qıtlığı, ərzaq qıtlığına aparacaq.
Bahalaşma təkcə bizdə yox, bütün dünyada başlayıb. Bəzi ölkələrdə ərzaq geyimdən bahadır. Ucuz və keyfiyyətli geyim almaq mümkündür, amma keyfiyyətli və ucuz məhsul yox dərəcəsindədir. Orqanik yazılan hər məhsul adı kimi təbii deyil. Lüks arxasınca qaçmayın, dövr dəyişib artıq. Bir çox ölkələrdə nəğd ödəniş qadağan olunub. Özüm Amerikada şahidi oldum.
İstənilən halda əgər bir insanın xərci onun gəlirindən çoxdursa, həmin insanı çağırıb araşdırma aparacaqlar.
İnsanlar tam kontrol altındadırlar, (gəliri, xərci, getdiyi yer, danışdığı insanlar və s.) Azad insan sözü aktuallığın itirib.
Yuval Noah Harari və Şoşana Zuboff deyirlər ki, insan beyni "hack" olunub. "Google", "facebook" və sair sosial şəbəkələr bizi bizdən yaxşı tanıyır. Nəyi sevib, sevmədiyimizi, cinsi mənsubiyyətimizi, kim olduğumuzu bizdən yaxşı bilirlər.
İnsan beyninə nə vaxt hansı məlumatı ötürmək, fikir formalaşdırmaq, fikir dəyişmək ən asandır.
Düşündüyümüz fikirlər bizə aid deyil, beynimizə yeridilən informasiyanın nəticəsidir. Çox yazardım, amma çoxu nə oxuyacaq, nə də ki dərk edəcək".