Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyul 2022 19:20
İşğal dövründə Qarabağa yerləşdirilən, müharibə vaxtı Ermənistana qayıdan ermənilər "qaçqın statusu" almaq tələbi ilə etiraz aksiyası keçirir.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu ermənilər hazırda Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazisinə qayıtmaq istəmədiklərini deyir. Əsas tələbləri Ermənistanda onlara ev verilməsi ilə bağlıdır.
"Bizə qaçqaın statusu verilməlidir. Biz "arsax"da mənzil istəmirik, mənzili Ermənistanda versinlər, "qaçqın statusu" alaq, sonra imkan olarsa, Hadruta, Şuşaya qayıdarıq", - qondarma "Hadrut uğrunda" QHT-nin rəhbəri Levon Hayryan deyib.
Müharibədən əvvəl Qarabağda yaşayan Artur Stepanyan isə separatçı-terrorçu rejimin qondarma "rəhbəri" Araik Arutyunyanın Ermənistan hakimiyyətinin ayırdığı pulları mənsimədiyini deyir.
"Baş nazir bildirdi ki, "arsax"a verilən maliyyə yardımı ikiqat artırılıb, 144 milyard dram olub, lakin bu pulların hara xərcləndiyi bəlli deyil. Araik Arutyunyan hamısını mənimsəyir. Qarabağda qalan ermənilərin normal həyatı, normal təminatı yoxdur, bizə də deyirlər ki, köçün ora. Orada necə yaşayacağıq?! Biz tələb edirik ki, mənzili Ermənistanda versinlər", - o bildirib.