Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyul 2022 21:21
Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov ölkəmizin mədəniyyət paytaxtı Şuşada olub.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu haqda Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov tviter hesabında paylaşımlar edib:
"Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə birlikdə qonaq şəhərlə, onun tarixi və gələcək inkişaf planları ilə tanış olub. Qonaq işğalçılar tərəfindən dağıdılmış mədəniyyət və memarlıq abidələrin vəziyyəti ilə əyani tanış olub".