Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Neft müharibədən sonra ilk dəfə UCUZLAŞDI

Neft müharibədən sonra ilk dəfə UCUZLAŞDI

Tarix: 14 Iyul 2022 22:32

London ICE birjasının məlumatına görə, gün ərzində Brent markalı neftin fyuçerslərinin dəyəri 95 dollar/bareldən aşağı düşüb.

Ukraynada müharibə başlayandan bəri ilk dəfə olaraq neft fevralın 20-dən - işğaldan əvvəlki son günlərdə satıldığı səviyyədən aşağı düşüb.

95 dollardan aşağı düşdükdən sonra neft əvvəlki bağlanışdan 3%-dən çox aşağı olmaqla 96 dolların bir qədər yuxarı səviyyəsinə qayıdıb.

FED-in monetar siyasətinin sərtləşdirilməsi gözləntiləri fonunda neft qiymətləri son həftələr ərzində davamlı olaraq azalmaqdadır ki, bu da ABŞ iqtisadiyyatında resessiyaya səbəb ola bilər. Bundan başqa, dolların digər ehtiyat valyutalara nisbətən bahalaşması da qiymətlərin aşağı düşməsinə şərait yaradır.


Etiketlər:  Neft müharibədən sonra dəfə UCUZLAŞDI


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ