Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Mənimlə duet oxumaq istəyən müğənninin boyu mənim üçün önəmlidir”

“Mənimlə duet oxumaq istəyən müğənninin boyu mənim üçün önəmlidir”

Tarix: 15 Iyul 2022 18:55

"Yaxşı bir təklif olsa, filmə və seriala çəkilərəm. Zatən aktrisalıq fəaliyyətimi dayandırmamışam. Çox istərdim ki, tarixi bir obraz canlandırım. Real faktlara əsaslansın, həyatın içindən bir obraz olsun. Kiminsə həyatını yaşamaq istəyirəm. Onun kimi yaşayım, onun kimi həyatda mübarizə aparım və ölüm. Bu illər ərzində təkliflər çox olub. Komediya serialı da olub, film təklifi də. Həmin obrazlarda özümü görməmişəm deyə, çəkilməmişəm".

Milli.Az xəbər verir ki, bunu moderator.az-a açıqlamasında tanınmış müğənni Roza Zərgərli deyib. O, daha sonra duetlərindən danışıb.

"Mənimlə duet oxuyacaq olan müğənninin öncə səsi olmalıdır. Bir də mən boya çox önəm verirəm. Çünki səhnə estetik görkəm, gözəllik tələb edir. Birimizin boyu böyük, birimiz balaca ola bilmərik. Son dəfə müğənni Tural Gəncəli ilə duetimiz işıq üzü gördü. Türk sənət musiqisidir, elə bir mahnı var. Ona görə bu dueti birlikdə oxuduq. Ard-arda 3 duetimiz işıq üzü görüb. Təbii ki, çox təkliflər gəlir, amma hamısını qəbul edə bilmərəm" deyə müğənni bildirib.

Milli.Az


Etiketlər:  Mənimlə duet oxumaq istəyən müğənninin boyu mənim üçün önəmlidir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ