Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

BMT bu məsələ ilə bağlı danışıqların mümkün olmadığını bildirdi

BMT bu məsələ ilə bağlı danışıqların mümkün olmadığını bildirdi

Tarix: 17 Iyul 2022 11:02

BMT Suriya konstitusiyası ilə bağlı iyulda keçirilməsi planlaşdırılan danışıqların qeyri-mümkün olduğunu bəyan edib.

Milli.Az report-a istinadən xəbər verir ki, BMT baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Geir Pedersen danışıqların iyulun sonunda keçirilməsinin mümkünsüzlüyünü açıqlayıb.

Bildirilir ki, 2022-ci il iyulun 25-dən 29-dək BMT-nin yardımı ilə fəaliyyət göstərən Suriyanın rəhbərlik etdiyi Konstitusiya Komitəsinin kiçik qurumunun Cenevrədə iclasının keçirilməsi artıq mümkün deyil.

Pedersen qeyd edib ki, Suriya nizamlanmasında iştirak edən bütün ölkələr bu prosesi dünyanın digər yerlərindəki fikir ayrılıqlarından qorumalıdır.

Milli.Az


Etiketlər:  BMT bu məsələ ilə bağlı danışıqların mümkün olmadığını bildirdi


RƏYLƏR