Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İti xəstələndiyinə görə “Qarabağ”la oyuna gəlməyəcək

İti xəstələndiyinə görə “Qarabağ”la oyuna gəlməyəcək

Tarix: 17 Iyul 2022 14:38

"Qarabağ"ın Çempionlar Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi "Sürix"in prezidenti Ançillo Kanepa Bakıya gəlməyəcək.

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Kanepa itinin əməliyyat olunduğuna görə "Sürix"in səfər matçına gəlməyəcək.

"Mən evdə qalacam. İtlərimdən biri belindən əməliyyat olunub. İstəmirəm ki, başqa adam ona günlərlə baxsın. Mən onun yanında olmaq istəyirəm. Ona görə də Bakıya səfər etməyəcəm".

Qeyd edək ki, "Qarabağ" - "Sürix" oyunu iyulun 19-da Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.


Etiketlər:  İti xəstələndiyinə görə Qarabağla oyuna gəlməyəcək


RƏYLƏR