Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəlib

Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəlib

Tarix: 18 Iyul 2022 14:57

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen iyulun 18-də Azərbaycana səfərə gəlib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Respublikasının və Avropa İttifaqının bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayeni hava limanında Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov, Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko, ölkəmizin Belçika Krallığındakı səfiri Vaqif Sadıqov və digər rəsmi şəxslər qarşıladılar.

Milli.Az


Etiketlər:  Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəlib


RƏYLƏR