Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İş adamları tələbələrim olublar'' - VİDEO

''İş adamları tələbələrim olublar'' - VİDEO

Tarix: 18 Iyul 2022 19:40

"Mənim uşaqlığımın ziyalı insanları valideynlərim və müəllimlərim idi. Uşaq ola-ola mənə yaşıdlarımla söhbət etmək maraqlı deyildi. Yaxşı sinif yoldaşlarım var idi. Başa düşürdüm ki, mənə yaşca böyük olan insanların söhbətləri maraqlıdır. Əvvəl çəkinirdim mahnılarımdan, sonra gördüm insanlara xoşdur. Hamı təəccüblənirdi. Sinifdə ad günləri, yığıncaqlar olanda oxuyurdum. Anam ad günlərində çox oturmağa qoymurdu. Bir saatın yarımını da konsert verirdim".

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Tünzalə Ağayeva "Zaurla Günaydın" proqramında deyib. Müğənni müəllim çalışdığı illəri xatırlayıb. Ağayeva bildirib ki, hazırda tanınmış iş adamları onun tələbələri olublar:

"Tovuzda müəllim işləyirdim. 8 il çalışdım. Qiyabi oxuyurdum, tələbə idi. İndi qarşıma tələbələrim çıxır. Onlar indi iş adamı, həyatını qurmuş, ciddi işdə çalışanlardır. Elə peşələrin adını çəkirlər ki... O uşaqların intelekində balaca olsa da, əməyim olub. Səhnədən sonra yaxınlaşıb "müəllim" deməkləri başqa hissdir".


Etiketlər:  İş adamları tələbələrim olublar VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ