Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Britaniyanın ən böyük hərbi hava bazası fəaliyyətini dayandırdı

Britaniyanın ən böyük hərbi hava bazası fəaliyyətini dayandırdı

Tarix: 19 Iyul 2022 12:08

Böyük Britaniyada ardıcıl ikinci hərbi hava qüvvələri bazası öz funksiyalarını yerinə yetirə bilməyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, buna anomal istilər səbəb olub.

Krallığın ən böyük hərbi hava bazası olan Oksfordşirdəki "Brize Norton" bazasında uçuşlar dayandırılıb.

Bildirilib ki, həddindən artıq isti hava uçuş-eniş zolaqlarını "yumşaq və yapışqan" edib.

Hazırda Britaniyanın Müdafiə Nazirliyi anomal istilər səbəbindən hərbi əməliyyatların pozulmasının qarşısını almaq üçün tədbirlər planı hazırlayır.

Qeyd edək ki, bir müddət öncə Linkolnşirdəki "Cranwell" bazası da eyni səbəbdən fəaliyyətini dayandırıb.

Milli.Az


Etiketlər:  Britaniyanın böyük hərbi hava bazası fəaliyyətini dayandırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ