Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyul 2022 12:24
Aktyor, teatr rejissoru, ssenarist, RSFSR xalq artisti Aleksandr Şirvindt Moskvada xəstəxanaya yerləşdirilib.
Sonxeber.net bildirir ki, bu haqda Mash Telegram kanalı xəbər verib.
"Aleksandr Anatolyeviçə ürək əzələsinə zərər verməyən qeyri-sabit stenokardiya diaqnozu qoyulub", - məlumatda deyilir.
Məlumata görə, sənətçi özünü pis hiss edib və ad günü ərəfəsində İstra yaxınlığındakı "NİL" kəndindəki bağ evində boğulmağa başlayıb. İlkin tibbi yardım göstərildikdən sonra 87 yaşlı Şirvindt paytaxt xəstəxanasına çatdırılıb. Bundan əlavə, aktyorun bu yaxınlarda əməliyyat olunduğu məlum olub.
İrfan Vəliyev