Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sərxoş qadın polisi dişləyib

Sərxoş qadın polisi dişləyib

Tarix: 19 Iyul 2022 13:02

Moskvada sərxoş qadın avtomobilini evakuasiya etmək istəyərkən polis əməkdaşına hücum edərək onu dişləyib.

Sonxeber.net bildirir ki, bu barədə Rusiyanın Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

"İyulun 16-da saat 20:30-da Marşal Jukov prospektində yol polisi inspektoru avtomobili saxlayıb. Onu sərxoş vəziyyətdə 1969-cu il təvəllüdlü vətəndaş idarə edib. Qadın avtomobili evakuatora yükləyərkən özünü aqressiv aparıb, evakuasiyaya mane olmağa çalışıb, nalayiq ifadələr işlədib və polis əməkdaşına bədən xəsarətləri yetirib. O, saxlanılaraq ərazi polis şöbəsinə aparılıb", - idarədən bildirilib.

Hazırda saxlanılan şəxslə bağlı inzibati materiallar tərtib edilib, prosessual qərarın qəbul edilməsi üçün istintaq orqanlarına göndərilib.

İrfan Vəliyev


Etiketlər:  Sərxoş qadın polisi dişləyib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ