Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Forza Neftçi” tribunaya qayıdır – rəhbərliyə ultimatum verdilər

“Forza Neftçi” tribunaya qayıdır – rəhbərliyə ultimatum verdilər

Tarix: 23 Sentyabr 2019 14:36

“Forza Neftçi”nin azarkeş qrupu tribunaya qayıtdığını elan edib.

Qol.az xəbər verir ki, bu haqda qrupun Feysbuk səhifəsindəki paylaşımda bildirilib.

“Sizə verilən 5 turluq müddətin sonuna gəldik, qayıdırıq! “Neftçi”dən çirkli əllərinizi çəkməyin zamanı çoxdan keçib. Hər cümləsində büdcədən danışan rəhbərlik özündən az büdcəli “Sabah”ı, “Zirə”ni, “Keşlə”ni uda bilmir. “Qəbələ” ilə oyuna qədər istefa ərizənizi yazın, yoxsa digər rəhbərliklər kimi sizi də biz istefaya göndərəcəyik” – deyə paylaşımda bildirilib.

Xatırladaq ki, “Neftçi”nin son uğursuz çıxışlarından sonra “Forza Neftçi” komandanın oyunu tribunadan dəstəkləməyi müvəqqəti dayandırmışdı.

 


Etiketlər:  Forza Neftçi tribunaya qayıdır rəhbərliyə ultimatum verdilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ