Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyul 2022 09:30
İran məhkəmə sisteminin sözçüsü Məsud Setayişi rejissorun "toplaşma və əlbir olmaq" və "hakimiyyətə qarşı təbliğat aparmaq" ittihamı ilə 6 il həbs cəzası aldığını deyib.
Qeyd edək ki, İran və dünya kinosunun tanınmış simalarından biri, dünyada beynəlxalq və nüfuzlu festivalların bir çox mükafatlarının sahibi Güney azərbaycanlı Cəfər Pənahi iyulun 11-də təhlükəsizlik orqanları tərəfindən həbs edilib.
Cəfər Pənahi iyulun 9-da polisə "Silahını yerə qoy" çağırışı edən kinematoqrafçılar Məhəmməd Rəsulov və Mustafa Ali-Əhmədin həbsini pisləyən bəyanatı imzalayan 300-dən çox iranlı mədəniyyət fəalından biridir.
Bəzi məlumatlara görə, Cəfər Pənahi bir qrup kino xadimi ilə birlikdə adı çəkilən iki kinematoqrafçının həbsininin səbəblərini öyrənmək üçün Evin zindanınına müraciət etsə də, prokurorluqdan çıxarkən həbs olunub.
Tanınmış kinorejissor və ssenarist Cəfər Pənahi 11 iyul 1960-cı ildə Şərqi Azərbaycan əyalətinin Miyana şəhərində anadan olub.