Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ceyhun Bayramov latviyalı həmkarı ilə telefonla danışdı

Ceyhun Bayramov latviyalı həmkarı ilə telefonla danışdı

Tarix: 20 Iyul 2022 18:21

20 iyul 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Latviya Respublikasının xarici işlər naziri Edqars Rinkeviçs arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazirlər Azərbaycan və Latviya arasında ikitərəfli əməkdaşlıq gündəliyinin qarşılıqlı maraq doğuran məsələlərini müzakirə ediblər.

Tərəflər, eyni zamanda, Azərbaycan-Avropa İttifaqı (Aİ) tərəfdaşlığının aktual məsələlərini üzrə fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı nazirlər, həmçinin cari regional vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.


Etiketlər:  Ceyhun Bayramov latviyalı həmkarı ilə telefonla danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ