Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İnsanlar o qədər narazıdırlar ki, bir məmur görəndə ona hücum çəkirlər''

''İnsanlar o qədər narazıdırlar ki, bir məmur görəndə ona hücum çəkirlər''

Tarix: 21 Iyul 2022 10:38

Tehran Şəhər Şurasının üzvü Nasir Əmani ölkədə xalqın narazılığının kəskin artdığını vurğulayaraq deyib ki, əhali həddən artıq əsəbi və narazıdır və bir dövlət məmuru görəndə ona hücum edir.

O dərəcədə ki, insanların bəzi sözlərini senzura etməyə məcburam, çünki dilə gətirmək mümkün deyil.

Sonxeber.net bildirir ki, o, üzünü Tehran Şəhər Şurasının sədri Mehdi Çəmrana tutaraq bildirib: "Şəhər Şurasının təşkilat və insan resursları komitəsinin məsul şəxsi kimi mən bələdiyyə işçiləri tərəfindən tənqid və hücumlara məruz qalıram və mənə çoxlu mesajlar gəlir".


Etiketlər:  İnsanlar qədər narazıdırlar məmur görəndə hücum çəkirlər


RƏYLƏR