Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Güclü külək Bakıda ağacları aşırdı - VİDEO - FOTO

Güclü külək Bakıda ağacları aşırdı - VİDEO - FOTO

Tarix: 21 Iyul 2022 17:54

Güclü külək səbəbindən paytaxtda bir neçə ağac aşıb.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, paytaxtın Səməd Vurğun küçəsi 53/57 və Bülbül prospekti 20 ünvanlarında irigövdəli ağaclar aşıb. Küçədə quraşdırılmış təhlükəsizlik kamerası zədələnib.

İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb. 

Məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən oxu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, gecə saatlarından bu dəqiqəyə qədər üç ağac sınıb, dördünün isə budaqları qırılıb. Birlik əməkdaşları tərəfindən aidiyyəti üzrə tədbirlər görülür.

Paytaxtda aşan ağacların ərazidən təmizlənməsi istiqamətində işlər görülür. 

Bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib. 

Qeyd olunub ki, birlik əməkdaşları tərəfindən Səməd Vurğun küçəsi 53/57 və Bülbül prospekti 20 ünvanlarında aşan irigövdəli ağacların nəqliyyatın və piyadaların hərəkətinə yaratdığı maneələr aradan qaldırılır.


Etiketlər:  Güclü külək Bakıda ağacları aşırdı VİDEO FOTO


RƏYLƏR