Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ-ın ilk prezidentinin ailəsinin evi hərraca çıxarılıb - FOTO

ABŞ-ın ilk prezidentinin ailəsinin evi hərraca çıxarılıb - FOTO

Tarix: 23 Iyul 2022 12:22

Amerikanın ilk prezidenti Corc Vaşinqtonun ailə üzvlərinə məxsus olan mülkün ABŞ-da hərracda satılmasına qərar verilib. 166 hektardan çox ərazisi olan Klifton malikanəsi Virciniyada yerləşir və Tarixi Yerlərin Milli Reyestrində qeyd edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ABŞ-ın ilk prezidenti mülkün ərazisində çox vaxt keçirib.

Mülkiyyətə dörd yataq otağı olan əsas ev, tam bərpa edilmiş üç yataq otaqlı daş ev və eyni sayda yataq otağı olan bir ferma evi daxildir. Əmlak əvvəllər ferma kimi istifadə edilib və həmçinin istirahət və tədbirlər üçün icarəyə verilib. Hazırda mülk biznesmen Brent Merkeyə məxsusdur. O, buranı 2014-cü ildə 4,3 milyon dollara satın almışdı.

Əmlakın hərracda ilkin qiyməti dörd milyon dollardır.

Milli.Az


Etiketlər:  ABŞ ın ilk prezidentinin ailəsinin evi hərraca çıxarılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ