Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Orban Aİ-nin sanksiya siyasətini sərt tənqid edib: Ukrayna heç vaxt bu yolla qalib gəlməyəcək

Orban Aİ-nin sanksiya siyasətini sərt tənqid edib: Ukrayna heç vaxt bu yolla qalib gəlməyəcək

Tarix: 23 Iyul 2022 14:50

Avropa İttifaqı (Aİ) Ukraynada müharibə ilə əlaqədar tətbiq edilmiş sanksiyalarla bağlı yeni strategiya qəbul etməlidir.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib.

O, Moskvaya qarşı sanksiyaların uğursuz olduğunu və Aİ-nin özünə zərər vurduğunu qeyd edib.

Orban əlavə edib ki, yeni strategiya müharibədə qələbə qazanmağa deyil, sülhə fokuslanmalıdır.

Orbanın sözlərinə görə, Qərbin strategiyası dörd sütun üzərində qurulub: "Birincisi, Ukrayna Rusiyaya qarşı müharibədə NATO silahları ilə qalib gələ bilər, sanksiyalar Rusiyanı zəiflədəcək və onun liderliyini sarsıdacaq, sanksiyalar Avropadan daha çox Rusiyaya zərər verəcək və dünya Avropanı dəstəkləmək üçün növbəyə düzüləcək".

Orban bu strategiyanın iflasa uğradığını, Avropada hökumətlərin "domino effekti" ilə çökdüyünü, enerji qiymətlərinin artdığını və indi yeni strategiyaya ehtiyac olduğunu vurğulayıb.

"Biz dörd təkəri də deşilmiş avtomobildə oturmuşuq: tamamilə aydındır ki, müharibəni bu yolla qazanmaq olmaz", - Orban deyib.

Onun sözlərinə görə, Ukrayna heç vaxt bu yolla müharibədə qalib gəlməyəcək, çünki Rusiya ordusu asimmetrik üstünlüyə malikdir.


Etiketlər:  Orban sanksiya siyasətini sərt tənqid edib Ukrayna heç vaxt yolla qalib gəlməyəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ