Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Zelenskini öldürmək istəyirlər” - iki ölkədən xəbərdarlıq

“Zelenskini öldürmək istəyirlər” - iki ölkədən xəbərdarlıq

Tarix: 25 Iyul 2022 11:12

ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və Britaniya kəşfiyyatının rəhbəri Riçard Murun bəyanatları nədən qaynaqlanır? 

Sonxeber.net Yeni Müsavat-a istinadla bildirir ki, Ukraynanın Teleqram kanalları prezident Vlodimir Zelenskinin fiziki məhv edilməsi riski ilə bağlı xəbərlər yaymağa başlayıblar. Bu barədə xəbər verən pravda.ru saytı məsələn, "Legitim" teleqram kanalına istinadən yazır ki, ""serial qəhrəmanı Zelenski" tezliklə bir çox Hollivud ssenarilərinə uyğun olaraq anti-qəhrəmana çevriləcək və oyundan ayrıldıqdan sonra öləcək".

Teleqaram kanal Zelenskinin şəxsi təhlükəsizliyi ilə bağlı narahatlığını bildirən ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanın açıqlamalarına diqqət yetirirlər. Kolorado ştatının Aspen şəhərində keçirilən Təhlükəsizlik Forumunda çıxışı zamanı Sallivan bunları deyib: "Biz Zelenskinin şəxsi təhlükəsizliyindən narahatıq. O, Rusiya kimi düşmənlə mübarizə aparan müharibə lideridir. Rusiya isə amansız, qəddar və demək olar ki, hər şeyə qadirdir. Prezident Zelenski özünü qorumaq, Ukraynada hökumətin davamlılığı üçün ehtiyat tədbirləri görür və biz buna hər cür kömək etməyə  çalışırıq". Sallivanın bu çıxışını "Fox-Nyus"yayıb.  

"Legitim" teleqram kanalı iddia edir ki, Qərb Zelenskinin fiziki cəhətdən aradan götürülməsi planı "pərdə arxasında bütün oyunçuların Ukrayna ilə bağlı Yuqoslaviya ssenarisi(ölkənin parçalanması nəzərdə tutulur-O.Ə) ilə razılaşdığı" anda həyata keçiriləcək. 

Assassination attempt against Volodymyr Zelensky is foiled, Ukraine says -  The Washington Post

"ZeRada" teleqram kanalı isə yazır ki, Ukrayna Silahlı Qüvvələrinin hazırkı komandanı Valeri Zalujnı Vaşinqton və Londonun yeni seçimidir və Zelenskinin yerinə tutaraq "Ukraynanın yeni qəhrəmanı olacaq".

Hər iki Ukrayna kanalı hesab edir ki, Qərb hazırkı prezidentin aradan götürülməsini ruslar tərəfindən icra edildiyini iddia edə bilər: "Prezidenti zəhərləyib, bunu rusların etdiyini deyəcəklər".

Rusiya nəşri iddia edir ki, belə bir ssenarinin üzərində işləndiyini Britaniya kəşfiyyatının rəhbəri Riçard Murun Aspendə keçirilən Təhlükəsizlik Forumunda verdiyi bəyanatlar da sübut edir. Belə ki, cıxışında o, Moskvanın əsas niyyətlərindən birinin "Zelenskini aradan götürmək olduğunu" deyib.

Vladimir Putin Has Raised Former Comedian Volodymyr Zelensky to Hero Status  as Wartime President - News7h

Bununla belə, hesab olunur ki, Zelenskinin aradan götürülməsi daha çox Yuqoslaviya ssenarisi ehtimalı ilə bağlıdır. Bu ssenariyə görə, keçmiş Ukraynanın regionlarının bir hissəsi dərhal Rusiyanın yurisdiksiyasına keçəcək, bəzi ərazilər isə əhali öz gələcəkləri ilə bağlı qərar verənə qədər uzunmüddətli hərbi idarəetməyə veriləcək. "Bu zaman Zelenski (və ya onun parlaq obrazı) artıq əhəmiyyət kəsb etməyəcək".

Yada salaq ki, Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak deyib ki, müharibə başlayandan Zelenskiyə 10 dəfədən çox sui-qəsd cəhdi edilib". O, həmçinin, əlavə edib ki, xarici tərəfdaşlar prezidentə iki-üç cəhddən danışsalar da bu hal daha çox təkrarlanıb: "Ondan artıq belə cəhdlər olub. Çünki bizdə daim operativ məlumat var. Ukraynada bu cür cəhdləri izləyən güclü kəşfiyyat və əks-kəşfiyyat şəbəkəsi fəaliyyət göstərir. Bu kimi halların çoxunun anındaca qarşısı alınır".

Müşavir sözügedən məsələ ilə bağlı Putinin də adını hallandırıb: "Təhlükəsizlik nöqteyi-nəzərindən bəzi şeylər haqqında danışa bilmərəm. Bu risklər hələ də var. Qərb kəşfiyyatı düzgün qeyd edir ki, Putin üçün əsas hədəf - hökumət binasının ərazisinə hücum və bir nəfəri öldürməyə cəhd - cənab Zelenski olub". 

"The Times" qəzeti isə müharibə ərzində Zelenskiyə qarşı üç dəfə sui-qəsd edildiyini yazmışdı.


Etiketlər:  Zelenskini öldürmək istəyirlər ölkədən xəbərdarlıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ