Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hüquqi şəxs icarəyə götürdüyü torpağa görə vergi ödəməlidirmi?

Hüquqi şəxs icarəyə götürdüyü torpağa görə vergi ödəməlidirmi?

Tarix: 25 Iyul 2022 19:16

Hüquqi şəxslər tərəfindən icarəyə götürülmüş dövlət torpaqlarına görə illik icarə haqqı ödənilir. Həmin torpaq sahələrinə görə hüquqi şəxsin torpaq vergisi üzrə öhdəliyi yaranırmı?

Sonxeber.net Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Vergi Məcəlləsinə əsasən, Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir.

Vergi Məcəlləsinin 207.1.2-ci maddəsinin müddəalarına görə dövlət hakimiyyəti orqanlarının mülkiyyətində və ya istifadəsində olan torpaqlar vergidən azaddır. "Torpaq icarəsi haqqında" Qanununun 14-cü maddəsinə əsasən icarəyə verən torpaq vergisi tədiyyəçisi olmadıqda, icarə haqqının tərkibində torpaq vergisi nəzərə alınmır.

Qeyd olunub ki, dövlət hakimiyyəti orqanlarının mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri torpaq vergisindən azaddır. Həmin torpaq sahələri hüquqi şəxslərə icarəyə verilən zaman icarəyə verən dövlət orqanı torpaq vergisinin tədiyəçisi olmadığı üçün icarəyə götürən hüquqi şəxslər dövlətdən icarəyə götürülmüş torpaq sahəsinə görə icarə haqqı ödəməklə yanaşı, bu torpaq sahələrinə görə dövlət büdcəsinə torpaq vergisi ödəməli və vergi orqanına torpaq vergisinin bəyannaməsini təqdim etməlidirlər.


Etiketlər:  Hüquqi şəxs icarəyə götürdüyü torpağa görə vergi ödəməlidirmi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ