Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Fərdi mükafatlar ikincidir, komanda hər şeydən yüksəkdir'' - Messi

''Fərdi mükafatlar ikincidir, komanda hər şeydən yüksəkdir'' - Messi

Tarix: 24 Sentyabr 2019 09:56

"Mənim belə tanınmağım üçün qərar verən hamıya təşəkkür etmək istəyirəm. Şəxsən mənim üçün fərdi mükafatlar ikincidir, komanda hər şeydən yüksəkdir. Amma bu gün mənim üçün xüsusi gündür, çünki həyat yoldaşım və uşaqlarım burdadır. Onlar ilk dəfədir ki, burdadır. Onları görmək mənə sevinc bəxş edir".

Qol.az-ın məlumatına görə, bu sözləri Argentina millisinin və "Barselona"nın futbolçusu Lionel Messi "The Best" mükafatına layiq görüldükdən sonra deyib.

"Mənim oğullarım futbol həvəskarlarıdır, ətraflarındakı bütün oyunçulara təvazökarlıqla baxırlar. Hətta bilmirəm, onlar kimləsə şəkil çəkdirməyi xahiş ediblərmi? Bu gün övladlarımla bölüşmək üçün çox gözəl gündür", - deyə 32 yaşlı hücumçu bildirib.

Qeyd edək ki, FİFA tərəfindən 2019-cu ilin ən yaxşısı seçilən Messi səsvermədə Vircil van Deyk və Kriştiano Ronaldonu qabaqlayıb.

 


Etiketlər:  Fərdi mükafatlar ikincidir komanda hər şeydən yüksəkdir Messi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ