Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Avqust 2025 13:20
"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində "Ferensvaroş"la ilk oyun üçün Macarıstana yola düşüb.
Sonxeber.net xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bu gün Bakı vaxtı ilə saat 21:00-da Ağdam təmsilçisinin baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək. Saat 21:30-da isə komanda açıq məşqə çıxacaq.
Qeyd edək ki, "Ferentsvaroş" - "Qarabağ" matçı avqustun 19-da keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Cavab görüşü isə avqustun 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:45-də başlayacaq.