Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyul 2022 18:36
Məşhur müğənni Britni Spirs anası Linn Spirsi ona qarşı zorakılıq tətbiq etməkdə və ruhi xəstəxanaya məcburi yerləşdirmədə ittiham edib.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu barədə ifaçı instaqram hesabında yazıb. Britni iddia edib ki, anası onu təyin olunan müalicə tarixindən həftələr əvvəl zorla psixiatrik xəstəxanaya yerləşdirib. Müğənni vurğuılayıb ki, klinikaya yerləşdirmə əvvəlcədən planlaşdırılıb, lakin Linn nə baş verdiyini bilmirmiş kimi davranıb. Hadisə 2019-cu ildə, Britninin atası Ceymi qızının müvəqqəti qəyyumluğu üçün müraciət etməzdən bir gün əvvəl baş verib.
Bundan başqa, Spirs anasının onu anonim alkoqol məclislərində iştirak etməyə məcbur etdiyini də açıqlayıb. Müğənni daha sonra paylaşımını silib.
Linn bundan sonra qızının iddiaları ilə bağlı sosial media hesabında paylaşım edib:
Britni, bütün yazışmalar məndə də var. Sənə ən çox sevən insanların xəyanət etdiyini hiss etdiyin üçün üzülürəm. Sənə tərəf gəlməyimə icazə ver. Mən səni sevirəm".