Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''İspaniya Avropa İttifaqı ölkələrinə qaz tədarükü üçün hab olmağa hazırdır''

''İspaniya Avropa İttifaqı ölkələrinə qaz tədarükü üçün hab olmağa hazırdır''

Tarix: 27 Iyul 2022 22:52

İspaniya Avropa İttifaqı ölkələrinə qaz tədarükü üçün hab olmağa hazırdır.

Sonxeber.net "report"a istinadən xəbər verir ki, bu barədə İspaniyanın Baş naziri Pedro Sançes bildirib.

Polşalı həmkarı Mateuş Moravetski ilə görüşdən sonra o, ölkəsinin effektiv reqazifikasiya sisteminin olduğunu qeyd edib.

"Hesab edirəm ki, İspaniyanın reqazifikasiya və Avropa İttifaqı ölkələrinə qaz ixracı üçün mərkəzə çevrilmək imkanı var", - P.Sançes əlavə edib.

Daha əvvəl İspaniyanın qaz istehlakını azaltmaq zərurətindən qaçmaq üçün Pireney yarımadasından keçən iki qaz kəməri ilə Avropaya qaz ixracı və öz qaz sisteminin logistik imkanlarından istifadəni təklif edəcəyi bildirilmişdi.


Etiketlər:  İspaniya Avropa İttifaqı ölkələrinə tədarükü üçün olmağa hazırdır


RƏYLƏR