Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyul 2022 08:48
Ərazilərin işğaldan azad edilməsi Ukraynanın əlində olan bütün vasitələrlə həyata keçiriləcək.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
"Onların (Rusiya ordusu - red.) hansı planları varsa, biz onları pozacağıq. Biz Ukraynanın qanuni sərhədlərinə çatana qədər hərbi, diplomatik və bütün mövcud vasitələrlə ərazimizi azad edəcəyik", - Zelenski bildirib.
Zelenski Xersondakı Antonovski körpüsünə və bölgədəki digər keçidlərə gəlincə, o, onların hamısının bərpa olunacağını qeyd edib:
"Biz hər şeyi edirik ki, işğalçıların torpaqlarımızda heç bir maddi-texniki imkanları olmasın".