Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Estoniyadan “Ruki Vverx”ə qadağa

Estoniyadan “Ruki Vverx”ə qadağa

Tarix: 28 Iyul 2022 19:56

Estoniya hakimiyyəti Rusiyanın "Ruki Vverx" pop musiqi qrupunun üzvlərinin 5 il müddətinə ölkəyə girişinə qadağa qoyub.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu haqda Estoniyanın xarici işlər naziri Urmas Reinsalu açıqlama verib.

O, Rusiya-Ukrayna müharibəsi səbəbindən Rusiyanı dəstəkləyən qrupların konsert verməsinə icazə verilməsinin "ədalətsizlik" olduğunu bildirib.

Reinsalu, Daxili İşlər Nazirliyinin bu qərarını "yeganə düzgün qərar" adlandırıb və ölkəsinin Ukraynaya dəstəyini davam etdirdiyini deyib.

Qeyd edək ki, Estoniya hakimiyyətinin verdiyi qərar Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Estoniyanı diktatura kimi xarakterizə etməsindən sonra verilib.

Milli.Az


Etiketlər:  Estoniyadan Ruki Vverxə qadağa


RƏYLƏR