Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yüzlərlə tibb bacısı İranı tərk edir - Səbəb

Yüzlərlə tibb bacısı İranı tərk edir - Səbəb

Tarix: 29 Iyul 2022 16:34

"Hər ay 100-150 tibb bacısı ölkəni tərk edir".

Milli.Az lent.az-a istinadla xəbər verir ki, bunu İranın Tibb Sistemi Təşkilatının sədr müavini Məhəmmədtəqi Cahanpur deyib.

O, tibb bacıları ilə mövsümi işçi kimi davrandığına görə Səhiyyə Nazirliyini tənqid edib:

"Səhiyyə Nazirliyi ehtiyac yarandıqda onları işə götürüb, daha sonra işdən çıxara bilməz. Bu iki ildə ən ağır şəraitdə çalışan, bədəni və ruhu zəifləmiş qüvvələrə qarşı bu cür davranmaq ədalətsizlikdir.  Hər ay 100-150 tibb bacısı ölkəni tərk edir və hazırda ölkədə 100 min tibb bacısı çatışmazlığı var".

Qeyd edək ki, M.Cahanpur tibb işçilərinin ölkəni tərk etməsinin səbəbini işsizlik, maliyyə və məişət problemləri, əmək təhlükəsizliyinin olmaması, iş saatlarının məcburi şəkildə artırılması və başqa ciddi problemlərin olduğunu vurğulayıb.  

Milli.Az


Etiketlər:  Yüzlərlə tibb bacısı İranı tərk edir Səbəb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ