Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Almaniya Ukraynaya körpüdöşəyən tanklar göndərəcək

Almaniya Ukraynaya körpüdöşəyən tanklar göndərəcək

Tarix: 29 Iyul 2022 19:56

Almaniya müdafiə naziri Ukrayna qüvvələrinə 16 BIBER körpüdöşəyən tank göndərilməsi barədə qərar qəbul edib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin bəyanatında bildirilib.

"BIBER Ukrayna qüvvələrinə döyüş zamanı su və maneələri keçməyə imkan verəcək", - nazirliyin bəyanatında qeyd olunub.

Vurğulanıb ki, 6 sistemdən ibarət ilk partiya payızdan başlayaraq bu il Ukraynaya çatdırılacaq. Digər 10 sistemin isə gələn il tədarük edilməsi nəzərdə tutulub.


Etiketlər:  Almaniya Ukraynaya körpüdöşəyən tanklar göndərəcək


RƏYLƏR