Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyul 2022 22:36
Litvanın Xarici İşlər Nazirliyi Kalininqradda tranzit xidmətləri üçün ödənişlərin dayandırılması ilə bağlı Rusiyadan nota alıb.
Sonxeber.net "report"a istinadən bildirir ki, notanı Rusiyanın Litvadakı müvəqqəti işlər vəkili Sergey Ryabokon verib.
Diplomat bir gün əvvəl "Rossiya 24" telekanalına müsahibəsində bildirib ki, Litva Dəmir Yollarının Rusiyada xidmətlərindən istifadə edən operatorlar yüklərin daşınması üçün pul ödəməlidirlər.
İyunun 18-də Litva dəmir yolu ilə öz ərazisindən Kalininqrad vilayətinə yüklərin tranzitini əngəlləyib. İyulun 22-də isə tranzit bərpa edilib.