Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Roma Papası Kanadada baş verənləri soyqırımı adlandırdı

Roma Papası Kanadada baş verənləri soyqırımı adlandırdı

Tarix: 30 Iyul 2022 16:04

Roma Papası Fransisk Kanadada yerli xalqların uşaqlarını zorla assimilyasiya etmək üçün katolik kilsələrinin internat məktəblərində baş verənləri soyqırım adlandırıb.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Roma Papası Kanadadan səfərdən qayıdarkən təyyarədə jurnalistlərə deyib.

Kanadalı müxbirin Papa Fransiskdən bu məktəblərdə baş verənlərlə bağlı niyə soyqırım sözünü işlətməməsi və kilsə üzvlərinin soyqırımda iştirakı ilə bağlı sualına: "Soyqırım texniki sözdür, düzdür, həmin vaxt ağlıma gəlmədiyi üçün bu sözü işlətməmişəm. Amma mən soyqırımı təsvir etdim. Üzr istədim, soyqırım olan bu fəaliyyətlərə görə əfv dilədim. Bu, soyqırımıdır. Mən uşaqları götürüb onların mədəniyyətini, düşüncələrini, adət-ənənələrini, irqini, bütöv bir mədəniyyəti dəyişməyə çalışmaq əməlini qınadım", Papa Fransisk vurğulayıb.

Xatırladaq ki, Papa Fransisk keçən həftə iki keçmiş internat məktəbinin yerləşdiyi Kanadanın Maskvacis şəhərinə baş çəkib. Roma Papası burada üzr istəyərək məcburi assimilyasiyanı "şər" və "fəlakətli səhv" adlandırıb.

O, həmçinin dövrün "müstəmləkəçi zehniyyətinə" xristian dəstəyinə görə üzr istəyib.

Qeyd edək ki, 1881-1996-cı illər arasında Kandada 150000-dən çox yerli uşaq ailələrindən ayrılaraq internat məktəblərinə yerləşdirilib. Bir çox uşaq burada ac qalıb, döyülüb və cinsi istismara məruz qalıb.


Etiketlər:  Roma Papası Kanadada baş verənləri soyqırımı adlandırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ