Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyul 2022 22:04
Diplomatik qalmaqal artıq Rusiya Xarici İşlər Nazirliyinə gedib çatıb.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, Norveçin Rusiyadakı konsulu Elisabet Ellinqsen Murmanskdakı otellərindən birində gözlənilmədən qalmaqal yaradıb.
Diplomat etiraz çıxışını ruslara nifrət bəslədiyini açıq söləməklə yekunlaşdırıb.
Mənbənin yazdığına görə, hər şey otelin əməkdaşının nomrədə səliqə-sahman yaradılana qədər xanım Ellinqsendən gözləməyi xahiş etməsindən sonra başlayıb. Bu gözləmə proseduru diplomatın heç xoşuna gəlməyib və o, buna etirazını bütün rus xalqının ünvanına yönəltməklə biruzə verib. Norveç konsulunun bu çıxışı Rusiya Xarici İşlər Nazirliyinə çatdırılıb.