Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstandan gələn avtomobildə tütün və dərman vasitələri aşkarlandı (FOTO)

Gürcüstandan gələn avtomobildə tütün və dərman vasitələri aşkarlandı (FOTO)

Tarix: 24 Sentyabr 2019 15:48

Bakı. Trend:

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Hyundai Sonata" markalı avtomobil ilə gələn Azərbaycan Respublikası vətəndaşı Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb və şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, avtomobilin arxa oturacaqların altında 8000 ədəd üzərində "Marlboro" yazılan tütün məmulatları, 7 ədəd üzərində "Brontel" və 1 ədəd üzərində "Brovermektin" yazılan dərman vasitələri aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Gürcüstandan gələn avtomobildə tütün və dərman vasitələri aşkarlandı (FOTO) Gürcüstandan gələn avtomobildə tütün və dərman vasitələri aşkarlandı (FOTO) Gürcüstandan gələn avtomobildə tütün və dərman vasitələri aşkarlandı (FOTO) Gürcüstandan gələn avtomobildə tütün və dərman vasitələri aşkarlandı (FOTO)


Etiketlər:  Gürcüstandan gələn avtomobildə tütün dərman vasitələri aşkarlandı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ