Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 Iyul 2022 22:16
Küveytdə hərbi xidmət üçün yaş həddi iki il artırılaraq 28-dən 30-a qaldırılıb.
Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə Küveyt Müdafiə Nazirliyi məlumat yayıb.
Müvafiq əmri Küveytin Baş nazirinin müavini, müdafiə naziri və daxili işlər nazirinin səlahiyyətlərini icra edən Şeyx Talal Xalid əl-Əhməd əl-Sabah verib.
Nazir bildirib ki, bu qərar Küveyt xalqının əksəriyyətinin öz ölkəsinə xidmət etməsinə imkan vermək, eləcə də bütün hərbi və təhlükəsizlik qüvvələrinə qəbul şərtlərində bərabərliyə nail olmaq məqsədi daşıyır.